64db00e7bf586202308233655

Nicatın vəziyyəti necədir? - Dəhşətli qəza ilə bağlı yeni məlumatlar

Xəbər verdiyimiz kimi, tanınmış bloger “Nikosayağı” adı ilə tanınan Nicat Mütəllimov ağır yol qəzası törədib.

Bakupost.az xəbər verir ki, hadisə ilə bağlı onun dostu rəqqas Ramil Qasımov məlumat verib.

O, Nicatın əməliyyat olunduğunu bildirib:

“Kim nə gəldi danışır... Guya maşında 4 nəfər olublar, içkili halda sürürmüş. Bunlar yalan məlumatdır. Maşında 2 nəfər olub. İçkili olmayıblar. 

İndi reanimasiyadadır. Həkim deyir, saat 11-12-yə qədər oyanacaq. İnşallah hər şey yaxşı olacaq. Vəfat edən öz qardaşı deyil. Yaxın dostu olub. Nihat sağdır, o maşında olmayıb. Xahiş edirəm, yalan məlumat yaymayın.

Hadisə zamanı Nicat ancaq su istəyirdi, su verin deyirdi... Üzündə şüşənin qırıntılarından kəsiklər var idi. Dəhşət idi...”.