ŞOU

“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?” – Aysun şok sirləri açıqladı

Müğənni Aysun İsmayılova şəxsi həyatı ilə bağlı diqqət çəkən açıqlamalar verib.

Kanal.az-ın məlumatına görə, sənətçi bildirib ki, nişanlandıqdan qısa müddət sonra üzüyü geri qaytarmaq istəsə də, ailəsinin reaksiyası səbəbindən bu addımı ata bilməyib. Onun sözlərinə görə, həmin vaxt anası Rəqsanə İsmayılovanın “camaat nə deyər” düşüncəsi qərarına ciddi təsir edib və bu səbəbdən evlilik qərarı verib.

İsmayılova əlavə edib ki, anası ilk evliliyinə qarşı olsa da, o yenə də ailə qurmağa qərar verib. Müğənni sonradan bu qərarın düzgün olmadığını anlayıb və o dövrdə daha təcrübəsiz olduğunu etiraf edib:

“Nişanımızdan bir ay keçməmişdi. Moskvadakı evimizin balaca restoranı da vardı. Orada anamı çağırıb dedim ki, nişanı qaytarmaq istəyirəm. O isə ‘yox, camaata nə deyərik?’ dedi. Elə o andan bu söz beynimə həkk olundu. İndiki düşüncə ilə baxanda anlayıram ki, o vaxt ağlımda deyildim, hələ uşaq idim. Düşündüm ki, camaat nə deyər, ailə qurmalıyam.

Daha sonra anam birinci evliliyimə qarşı olsa da, yenə də ərə getdim. Çünki beynimdə ‘camaat nə deyər’ fikri qalmışdı. Mən işləməyi, pul qazanmağı sevən biriyəm. Amma nə vaxta kimi kişiyə siqaret pulu, çörək pulu verməli idim? Bu qədər də olmaz. İnsan yalnız öz rahatlığını düşünürsə, belə münasibət alınmaz”.

Sənətçi həmçinin münasibətlərdə maddi məsuliyyət mövzusuna da toxunaraq, uzun müddət qarşı tərəfə maddi dəstək göstərməyin düzgün olmadığını vurğulayıb. Onun bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.(milli.az)

Oxşar xəbərlər

“Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk” – Meyxanaçının açıqlaması diqqət çəkdi

kanal_az

“Mənim dünyada rəqibim yoxdur”- Elza Seyidcahan

kanal_az

Toyda gəlin çətin anlar yaşadı – Köməyinə Aygün Kazımova çatdı – VİDEO

kanal_az

Xalq artistinin oğluna yüksək vəzifə verildi – Görün kimdir – FOTO

kanal_az

Tacir qalmaqallı görüntüsündən danışdı: “Baldırım açıq deyildi”

kanal_az

“Quranda Qurban bayramı yoxdur, bu bayramı qəbul etmirəm” – Əminə Şirin

kanal_az