6288d58ea17fc_663817Image1

“Meymun çiçəyi” virusu bu şəhərdən yayılmağa başlayıb - AÇIQLAMA

Son günlər Avropanı həyacanda saxlayan “Meymun çiçəyi” virusunun yayılma mənbəyi məlum olub.

Kanal.az  xəbər verir ki, virusun mayın 5-də Belçikanın Antverpen şəhərində keçirilən “Darklands” adlı fetiş festivalında yayılıb. İlk yoluxma halını Antverpen Tropik Sağlamlıq İnstitutu açıqlayıb. 

Səhiyyə naziri Frank Vandenbrouk daha sonra yoluxma sayının 3-ə çatdığını bildirib.Darklands festivalının təşkilatçıları Antverpendə keçirilən 4 günlük tədbirdə virusun xaricdən gələn insanlar tərəfindən ötürüldüyünü açıqlayıb və Səhiyyə Nazirliyi də bunu təsdiqləyib.

İlk dəfə mayın 7-də İngiltərədə qeydə alınan “meymun çiçəyi” virusu son 2 həftədə Avropanın 8 ölkəsinə yayılıb.Adətən heyvandan insana, nadir hallarda isə insandan insana keçən virus bədəndə yüksək hərarət və qaşınma qabarcıqlarına səbəb ola bilir.