6606707a56292202403244042

Dünyanın ən faydalı 12 BİTKİSİ

Kanal.Az immunitet.az-a istinadən faydalı bitkilərin təsnifatını təqdim edir:
1. Aloe - bu bitki haqqında qədim tibbi kitablarda "1001 dərdin dərmanıdır"yazılıb. Amma dəri xəstəliklərində, günəş və qəza nəticəsində baş verən yanıqların müalicəsində tayı bərabəri olmadığı dəfələrlə sübuta yetirilmişdir.
2. Zoğal - bu bitkinin suyu bağırsaqdakı iltihabı kəsir, infeksiyanı sağaldır. İşlətməkəsici təsirə malikdir.
3. Çobanyastığı - adətən çayı dəmlənib içilir. Dezinfeksiyaedici təsirə malikdir. Qızdırmanı aşağı salır, aybaşı ağrılarını kısir.
4. Qəhvə - tərkibində olan kofein bədəndə olan ağrıları azaldır, soyuqlamada və qrip zamanı bədəni qüvvətləndirir.
5. Bənövşə - revmatoid artritn əlamətlərini azaldır, xolesterolu aşağı salır.
6. Razyana - bu bitkinin dəmləməsi broxların soyuqlaması zamanı öskürək əleyhinə təsirə malikdir. Bəlğəmgətirici gücü var, astma xəstəliyində faydası böyükdür.
7. Kətan toxumu - omeqa-9, omeqa-3turşuları ilə zəngindir. Tərkibində maqneizum, sink və digər minerallar var.
8. Sarımsaq - mikroblara və viruslara qarşı antibakterial təsirə malikdir. Təzyiqi aşağı salır, qanda şəkərin miqdarını normallaşdırır, xərçəng hüceyrələrinə öldürücü təsir edir.
9. Yarpız - əsasən böyrək və sidik yollarının infeksiyalarında əvəzolunmazdır. Böyrəkdə olan duzları, qum çöküntülərini tökdürmək qabiliyyətinə malikdir.
10. Nanə - həzmi normallaşdırır, əsəbləri sakitləşdirir, yuxunu normaya salır.
11.Gülxətmi - soyuqlama əleyhınə və qızdırmasalıcı təsirə malidir.
12. Bağayarpağı - sirəsi yarasağaldıcı təsirə malikdir. Mədə yaralarının sağalmasında bağayarpağı suyunun əvəzi yoxdur.