PSJ-nin futbolçusu Lionel Messi Argentina yığmasının DÇ-2022-nin yanvar və fevral aylarındakı seçmə mərhələ oyunları üçün sifariş ərizəsinə daxil edilməyib.
Kanal.az xəbər verir ki, 34 yaşlı hücumçu yanvarın 2-də koronavirusa yoluxduğu və yeni sağaldığı üçün ona dəvət göndərilməyib.
Messi ötən gün PSJ-də komanda ilə məşqlərə başlayıb.
Qeyd edək ki, Argentina millisi yanvarın 28-də səfərdə Çili, fevralın 2-də isə evdə Kolumbiya ilə qarşılaşacaq.