DÜNYA

Məşhur müğənni hər şeyini satıb kəndinə yatırım etdi: 500 nəfərlik iş yeri – FOTO

Məşhur türkiyəli müğənni Berdan Mardini sənət dünyasındakı uğurlarını doğulub boya-başa çatdığı torpaqlara qaytarmaq üçün böyük bir addım atıb. O, bütün var-dövlətini – evlərini və avtomobillərini sataraq Mardindəki 78 evli kəndində 10 milyon dollarlıq nəhəng bir istehsal müəssisəsi qurub.

Kanal.az xəbər verir ki, Berdan Mardini 2016-cı ildə başladığı bu layihə üçün ətrafındakıların “sən dəlisən?” deməsinə baxmayaraq, bütün şəxsi əmlakını fəda etdiyini bildirib. Layihənin əsas məqsədi Mezopotamiya torpaqlarında kənd təsərrüfatı və sənayeni birləşdirməkdir.

Qurulan fabrikdə Mezopotamiyanın qədim “Rosa Damascena” (Dəməşq qızılgülü) güllərindən istifadə olunur. Müəssisədə aşağıdakı məhsullar hazırlanır:

Qızılgül yağı

Qızılgüllü ətirlər

Qızılgüllü limonad

Makaron (şirniyyat)

Mardini bu investisiyanın sadəcə qazanc məqsədli olmadığını, əsasən sosial layihə xarakteri daşıdığını vurğulayıb.

Layihədə qadın işçilərin istihdamına xüsusi önəm verilir.

İnsanların öz torpaqlarında iş taparaq xoşbəxt yaşaması və böyük şəhərlərə köçməməsi hədəflənir.

Layihə tam gücü ilə işlədikdə bölgədə 450-500 nəfər işlə təmin olunacaq. (milli.az)

Oxşar xəbərlər

“Yalvarıram, elətdirməyin, bədənə yayılır, iyrəncdir” – FOTO

kanal_az

Acun Azərbaycan əsilli imiş: Hansı rayondan olduğunu… – Özü açıqladı

kanal_az

“Banu”nun Günelindən kədərli paylaşım: “Mən öləndə…” – VİDEO

kanal_az

Bir vaxtlar Azərbaycanda məşhur aparıcı idi, indi ABŞ-də görün hansı işlə məşğuldur – VİDEO

kanal_az

Emin Prezidentlə necə tanış olmasından danışdı – VİDEO

kanal_az

Seçkilərin nəticələri açıqlandı: Paşinyanın partiyası… – FOTO

kanal_az