65ba13baa0dcd202401243242

Məsciddə biabırçılıq – Çılpaq şəkillər çəkdirən model və rejissor saxlanıldı – FOTO

Türkiyədə məsciddə çəkilən çılpaq fotolar böyük səs-küyə səbəb olub. 
Ankara Kocatepe Məscidində aparılan açıq-saçıq fotosessiya səbəbi ilə ajiotaj yaradan məsələyə polis qarışıb.  Model Ezgi və rejissor Bilal Kısa tapılaraq "dini görüşlərin təhqir olunması" maddəsi  ilə saxlanılıblar.
Qısa köynəkdə, ətəyini yuxarı qaldıran model təsbehdən boyunbağı kimi istifadə edərək poz verib. Qeyri-adekvat formada namaz hərəkətləri edən modelin görüntüləri "Ziddlərin sehri" adı altında paylaşılıb. 
Rejissor sonradan öz sosial şəbəkə hesabında bu paylaşıma görə üzr istəyib.
Həmin görüntüləri təqdim edirik: