6634c78a12a34202405241626

Ukrayna dronu Rusiya ərazisindəki YDM-i vurdu, güclü yanğına səbəb oldu - VİDEO

Ukrayna ordusu dronlardan istifadə etməklə Rusiya ərazilərinə hücum həyata keçirib.

Rusiya “Telegram” kanallarında yayılan görüntülərdə Ukrayna dronunun yanacaqdoldurma məntəqəsinə (YDM) düşdüyü əks olunub.

Qeyd edilib ki, sözügedən YDM Rusiyanın Belqorod vilayətinin Şebekino şəhərində yerləşir.

Hələlik hadisənin digər təfərrüatı barədə məlumat verilmir.

Mənbə: “Nexta Live” “Telegram” kanalı