
Mbappe və Haaland eyni klubda: Fantastik təklif açıqlandı
Kanal.az xəbər verir ki, bu barədə “As” qəzeti məlumat yayıb. Bildirilir ki, “Real Madrid” Haalandı bu mövsümün sonundan transfer etmək üçün 240 milyon avro büdcə ayırıb. Kilian Mbappe isə gələn mövsümün sonunda transfer edilə bilər.
Qeyd edək ki, “Real Madrid” rəhbərliyinin PSJ-nin futbolçusu Kilian Mbappe qarşısında şərt qoyduğu barədə xəbərlər dərc edilmişdi. Şərtə görə, Mbappe “Real Madrid”ə transfer olmaq istəyirsə bunu açıq şəkildə ictimaiyyətə açıqlamalıdır. Futbolçu rəsmi şəkildə ictimaiyyətə PSJ klubundan ayrılmaq və “Real Madrid” klubuna transfer olmaq istədiyini bildirməlidir.
- İdman
- 27 Mart 2023