ÖLKƏ

May ayının qeyri-iş günləri açıqlandı – Tarixlər

2026-cı ilin may ayı üçün qeyri-iş günləri məlum olub. Təqvimə əsasən, ay ərzində həm həftə sonları, həm də rəsmi bayramlarla əlaqədar bir sıra istirahət günləri nəzərdə tutulub.

Kanal.az xəbər verir ki, 5 günlük iş rejimi ilə çalışanlar üçün 2, 16, 23 və 30 may tarixləri şənbə günlərinə təsadüf etdiyindən qeyri-iş günüdür. Bazar günləri olan 3, 10, 17, 24 və 31 may tarixləri də ənənəvi olaraq istirahət günləridir.

9 may – faşizm üzərində Qələbə Günü ilə əlaqədar qeyri-iş günü hesab olunur. Bu tarix şənbə gününə düşdüyündən 11 may əlavə istirahət günü kimi müəyyən edilib.

Mayın sonunda isə ardıcıl bayram günləri qeyd olunacaq. 27 may Qurban bayramı, 28 may isə həm Müstəqillik Günü, həm də Qurban bayramına təsadüf edir. Bununla əlaqədar olaraq, 29 may qeyri-iş günü kimi müəyyən edilib və iş günü dəyişdirilib.

Qeyd edək ki, ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflər üçün yaz tətili 1-5 may tarixlərini əhatə edəcək.(milliaz)

Oxşar xəbərlər

Flora Kərimova ilə bağlı üzücü xəbər

kanal_az

Rafael Ağayevə ağır itki

kanal_az

Bu gün Azərbaycanda Milli Sevgililər Günüdür

kanal_az

Azərbaycanda 63 yaşlı qadın ana oldu – VİDEO

kanal_az

“Əhvalım çox pisdir” – 85 yaşını qeyd edən Ofeliya Sənani

kanal_az

Bağlanan verilişlər yeni mövsümdən qayıdır? – RƏSMİ

kanal_az