628a87286666b_ezgif-2-d3ffcd5dfe

“Mançester Siti” səkkizqat İngiltərə çempionu oldu

“Mançester Siti” futbol klubu İngiltərə Premyer Liqasının 38-ci turu çərçivəsində “Aston Villa”nı 3:2 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Kanal.az-ın məlumatına görə, görüş Mançesterdə keçirilib.

"Mançester Siti"nin heyətində qollar İlkay Gündoğan (76 və 81-ci dəqiqə) və Rodri (78) vurub. "Aston Villa" heyətində Metti Keş (37) və Felipe Koutinyo (69) fərqləniblər.

"Mançester Siti" 93 xal toplayaraq səkkizinci dəfə İngiltərə çempionu oldu.