Konfrans Liqası: "Qarabağ" səfərdə "Marsel"ə uduzdu

  • İdman
  • 18 Fevral 2022
620f291111468_ca3c5850-2e18-3c91-87f5-90ec15bd03f4_850

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.

Kanal.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da meydana çıxıb.

Avrokuboklar tarixinə qrupdan çıxan ilk Azərbaycan klubu kimi düşən Ağdam təmsilçisi Fransa səfərində “Marsel”in qonağı olub və 1:3 hesabı ilə uduzub. 

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 24-də Bakıda keçiriləcək.

 

17 fevral

Konfrans Liqası

Pley-off, ilk oyun

00:00. “Marsel” (Fransa) – “Qarabağ” (Azərbaycan) - 3:1

Qollar: Milik, 41,(1:0) 44 (2:0), Kadi Borges, 85 (2:1), Dmitri Payet, 90+2 (3:1)Baş hakim: Nikola Dabanoviç (Monteneqro)Marsel. “Velodrom” stadionu

Oxşar xəbərlər