64ce6200ace30202308235144

İran agenti kimi saxlanıldığı iddia edilən Elşən Xəzər kimdir? - DOSYE

Kanal.az İrana casusluq ittihamı ilə saxlabıldığı iddia edilən Elşən Xəzərin dosyesini təqdim edir:

Elşən Qürbətov 1973-cü ildə martın 29-da Bakı şəhərində anadan olub. Əsən Cəlilabaddan olan E.Qürbətov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kütləvi rejissorluq" fakültəsini bitirib. 1995-ci ildən meyxanaya başlayıb və ölkədə kifayət qədər tanınıb.

2007-ci ildə bir yerdə böyüyən kimsəsiz gənclərin müstəqil həyata atılmasından bəhs edən "Sirat körpüsü" filminə çəkilib.

Qeyd edək ki, Azərbaycanda İran casus şəbəkələrinin ifşa olunması ilə bağlı əməliyyatlar bir müddətdir, davam edir. Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində bir neçə şəbəkə ifşa olunub. Onlar arasında Əhli-Beyt şairləri və məddahlar da var.

Aylar əvvəl bu mövzuda meyxanaçı, məddah və Əhli-Beyt şairi olan Elşən Xəzərin də adı hallanırdı. Lakin o, yerli mediaya açıqlamasında İran agenti olması ilə bağlı iddiaları təkzib etmişdi.