ŞOU

“Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk” – Meyxanaçının açıqlaması diqqət çəkdi

Meyxanaçı Xosrov Maştağalı həmkarı Rəşad Dağlı ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Kanal.az-ın məlumatına görə, sənətçi bildirib ki, Rəşad Dağlı ilə əlaqələri davam edir və onunla vaxtaşırı telefon vasitəsilə danışırlar. Xosrov Maştağalının sözlərinə görə, meyxanaçı dostlarını unutmur və onun vəziyyəti ilə daim maraqlanırlar.

O qeyd edib ki, toy məclislərində toplanan şabaşlardan müəyyən məbləğ ayrılır və bu vəsait həmkarlarının adından Rəşad Dağlıya göndərilir.

Xosrov Maştağalı bildirib ki, bu addım dostluq və həmrəylik nümunəsi kimi atılır və meyxanaçılar bu məsələdə birlik nümayiş etdirirlər.

Onun açıqlaması sosial şəbəkələrdə maraqla qarşılanıb. İzləyicilər meyxanaçıların həmkarlarına göstərdikləri dəstəyi yüksək qiymətləndirərək müxtəlif fikirlər səsləndiriblər. (milli.az)

Oxşar xəbərlər

Övladı olmadı, Bakıdan getdi – “Qaynana”nın Afəti indi görün nə işlə məşğuldur – FOTO

kanal_az

“​​​​​​​Qadın evlidir, amma başqasını sevir“ – İradə İbrahimova

kanal_az

Tanınmış xanəndənin əri həbs olundu

kanal_az

Elzanın əri görün kim imiş – İnanmayacaqsınız – VİDEO

kanal_az

Təranə Qumralın evindəki qızıl məcməyinin qiyməti şok etdi – VİDEO

kanal_az

“Banu”nun Güneli həyat yoldaşı ilə fotosunu yaydı – İlk dəfə – FOTO

kanal_az