644a3686a98a6202304234702

Hakimiyyətə gəlmək üçün sekslə bağlı vəd verdi - Gənclər çoşdu

Taylandın mühafizəkar baxışları ilə seçilən Demokratiya partiyasının vədi ölkədə müzakirələr səbəb olub.

Kanal.az xəbər verir ki, parlament seçkiləri üçün səslərini artımağa çalışan partiya ölkədə fahişəliyin və cinsi cinayətlərin qarşısını almaq üçün seks oyuncaqlarının qanuniləşdirilməsinin vacibliyini bildirib. Partiyanın sözçüsü Ratchada Thanadirek, qadağalara baxmayaraq, seks oyuncaqlarının ölkəyə qeyri-qanuni yollarla daxil olduğunu və hökumətin bu məhsullardan vergi toplamaq imkanını itirdiyini bildirib.Ratçada bu məhsulların bir çox sosial və iqtisadi faydaları olduğunu və boşanmaları azaldacağını bildirib. Partiya həmçinin Taylandda seks oyuncaqları sənayesinin yaradılmasını təklif edib. Qeyd edək ki, Taylandda seks oyuncaqlarının satışı qadağandır və qadağanı pozanları həbs və cərimə gözləyir. Ancaq bu məhsullara paytaxt Banqkokun bir çox yan küçələrində rast gəlmək olar.