ÖLKƏ

“Günay Ağamalı sənə nə qədər pul verdi?” – Səidə Bəkirqızı hər şeyi açıqladı

Deputat Günay Ağamalının ardınca jurnalist Səidə Bəkirqızının uşaqpulu ilə bağlı çıxışı geniş tənqid və müzakirələrə yol açdı. Jurnalistin “Azərbaycan kişisi uşaqpulu istəməməlidir” fikri sərt qarşılandı və məsələ hətta təhqirə qədər gedib çıxdı.

Kanal.az xəbər verir ki, musavat.com S. Bəkirqızı ilə söhbətləşib və mövzu ilə bağlı suallar ünvanlayıb:

– Səidə xanım, siz zaman-zaman müxtəlif mövzulara toxunursunuz və bu, müzakirələrə səbəb olur. Uşaqpulu məsələsinə qədər qaldırdığınız bir çox məsələlərdə sizi tənqid edənlər də olurdu, dəstəkləyənlər də. Bu dəfə isə sizi hər kəs tənqid etdi. Mən dəstəkləyənə rast gəlmədim…

– Dəstəkləyənlər oldu, amma say az idi deyə, onlar görünmədi. Əvvəllər də sözə düzgün qulaq asılmamasının əziyyətini çəkmişik. Bu, bir neçə dəfə başıma gəlib. Hər dəfə ümid edirəm ki, insanlar məni düzgün anlayacaq. Bu dəfə də düşündüm ki, insanlar nə dediyimi, nəyə fokuslandığımı anlayacaqlar. Ancaq çox təəssüf ki, ilk cümlədən rəy bildirənlər, çıxışımı öz ağıllarına uyğun montaj edənlər oldu və bununla da sözümün mahiyyətini dəyişdilər, kontekstdən çıxardılar. Mənim dediyim qıraqda qaldı, qərəzli montajları yaydılar. Mənimlə bağlı çox böyük əks-təbliğat başladılar. Mən izah etdim ki, çıxışımda Azərbaycan kişisini təhqir etməmişəm, sadəcə olaraq onu montaj edib düzəldiblər. Ancaq sonra başa düşdüm ki, izləyiciyə izah maraqlı deyil, düşündüyünü danışmaq istəyir. Mən də hər kəsi öz düşündüyü ilə baş-başa buraxdım. Bu gün də, sabah da mövqeyim eynidir. Çox təəssüf ki, cahil insanlarla eyni havanı uduruq.

– Sizi daha çox Günay Ağamalını dəstəkləməkdə və özünüzü hökumətin nümayəndəsi kimi aparmaqda günahlandırdılar…

– Mən deputatları ən çox tənqid edən aparıcıyam. Elə deputat var ki, onların söz çəkisi çox ağırdır. Günay xanım isə hələ ki, sözünü çəkisi sanballı olan deputatlar arasında deyil. Mən bu xanım deputatı həyatda heç vaxt görməmişəm və haçansa təsadüfən rastlaşacağımı da bilmirəm. Bir Allah şahiddir ki, Günay xanımın bircə sözünə haqq qazandırmışam ki, bəzi Azərbaycan kişilərində tənbəllik var. Mən bunu çıxışımda da demişəm ki, tənbəl olan onsuz da tənbəldir. Tənbəl olmayana kənardan min manat da verilsə, o yenə də işləyəcək. Bundan başqa xanım deputatın digər fikirləri ilə razılaşmamışam və onunla alacağım, verəcəyim yoxdur. Mənə yazııb soruşurlar  ki, Günay Ağamalı bu çıxışa görə sənə nə qədər pul verdi? Əqidəsini pula satan adamlar elə bilirlər ki, mən kiminsə pulu ilə danışıram. Pul alsaydım, Günay Ağamalıdan daha mötəbər dairələrdən l alardım. Mənim sözüm bir çox deputatın sözündən də çox müzakirələrə səbəb olur. Məni Günay Ağamalıdan çox müzakirə etdilər. Bir çoxları deyir ki, Səidə hakimiyyətin adamıdır, pul alır. Mən yenə də deyirəm ki, kimdənsə bir manat da alacağım yoxdur, pulu öz əziyyətimlə qazanıram. Heç vaxt kiminsə xoşuna gəlim deyə danışmamışam. Elə xoşlarına gəlmədiyi üçün mənim “Space” televiziyasındakı verilişimi bağladılar. Mən orada insanlarım problemini durmadan işıqlandırırdım. Regiondakı problemləri işıqlandırırdım və məmuru tənqid edirdim. Ona görə də veriliş bağlandı. Hökumətə yarınmaq istəsəydim, Əli Əsədovun tikdirdiyi evin yanında durub süjet hazırlamazdım.

gunay-agamali-qurultayda-bas-verenlerle-bagli-beyanat-yaydi

– Tutaq ki, bir uşağa görə hər ay 100 manat verildi. Sizcə, bu məbləğ Azərbaycan kişisini və ya ümumilikdə ailəni tənbəlləşdirə bilərmi?

– Xeyr. Mən Günay Ağamalının bu fikri ilə razı deyiləm. Mən bəzi kişilərin tənbəl olduğunu bildirmişəm. Mənə uşaqpulu ilə bağlı müraciət edənlərin 80 faizi kişilərdir. Uşaqpulu veriləndə onun xəbərini bağıra-bağıra çatdıracağam. Axı bu, insanların gözlədiyi xəbərdir. Əvvəla onu deyim ki, hər uşağa 100 manat ayrılacağını gözləmək doğru olmaz. Bir uşağa maksimum 30-50 manat pula ayrılacaq. Bu pulla hansı yaramız sağalacaq ki? Uşaqpulu bizim həyatımızın problemlərini həll etməyəcək. Düşünürəm ki, uşaqpulu verilməkdənsə, minimum əmək haqqı artırılsın. Bölgələrdə iş yerləri açılsın. Regionlardan Bakıya axın olmasın ki, insanlar aldıqları 900 manat maaşın 500 manatını kirayə verməsin.

– Səidə xanım, bir məsələyə də diqqət çəkək. Niyə Azərbaycan kişisi uşaqpulu tələb edə bilməz? Məgər Azərbaycan vətəndaşı və ya valideyn olaraq belə bir hüququ yoxdur?

– Çox sayda Azərbaycan kişisi uşaqpulu tələb edir. Nəticə nə oldu? Bu gün dövlətdən uşaqpulu adlı müavinət verilmir. Biz də addımlarımızı buna uyğun atmalıyıq. Mən bunu qəbul etmişəm və dünyaya iki uşaq gətirmişəm. Mən də 4 uşağımın olmasını istərdim. Amma anlayıram ki, mənim maddi imkanım iki uşağa baxmağa yetir. Azərbaycan kişisi də uşağının yükünü çiynində hiss etməlidir. Olmayan şey üçünsə nə qədər mücadilə aparmaq olar ki? Yenə deyirəm, uşaqpulunu mən də istəyərəm. Anormal deyiləm ki, bundan imtina edim. Amma verilmir də…Bu baxımdan deyirəm ki, dünyaya uşaq gətirəndə onun yükünü də nəzərə alın.

– Belə bir fikirlər yayıldı ki, guya, siz uşaqpulu istəyən kişililəri təhqir edib biədəb sözlər demisiniz.

-Xeyr, uşaqpulu istəyən kişilər haqqında pis söz deməmişəm. Qadınların şəklini paylaşıb üzərində tərbiyəsiz sözlər yazan kişilərin cavabını vermişəm. Bunun uşaqpulu istəyən kişilərlə əlaqəsi yoxdur.

Oxşar xəbərlər

Məşhur aparıcıdan Mətanət İskəndərlinin keçmiş gəlininə sərt sözlər – Qalmaqal – FOTO

kanal_az

Günay Ağamalının taleyi bu cür olacaq

kanal_az

Xoşqədəm “Səni axtarıram”ı görün hansı kanala köçürdü – VİDEO

kanal_az

Gülüstan Əliyevadan deputata etiraz: “Qadının ən birinci vəzifəsi arvad olmaqdır…”

kanal_az

Bulvarda qadına qarşı əxlaqsızlıq edən şəxs görün kim imiş – VİDEO

kanal_az

“Uşaqpulu verilsə, ailələr 3-dən çox uşaq dünyaya gətirər” – Əməkdar artist

kanal_az