65e9a5f5eadac202403243309

Ginnesin Rekordlar Kitabına düşən ən maraqlı rekordlar - FOTOLAR

Gözləri çölə çıxartma rekordu

ABŞ-dan olan Kim Qudman öz gözlərini göz yuvalarından 12 mm (0,47 düym) kənara çıxara bilir. 2007-ci il noyabrın 2-də Türkiyənin İstanbul şəhərində çuxurundan çıxardığı gözlərini ölçən Kim, başına xokkey maskası dəydikdən sonra istedadını kəşf etdiyini deyib.


Dünyanın ən pirsinqli insanı

Almaniyada anadan olan Rolf Buchholz dünyanın ən çox pirsinq taxdırmış kişisidir. 5 avqust 2010-cu il tarixindən bəri Rolf Buchholz 453 pirsinq edib, onlardan 158-i dodaqların ətrafında, yerdə qalan 3-ü sinə, 4-ü göbək və 278-i cinsiyyət orqanlarında yerləşir.


Yaşayan ən böyük burunlu insan

Dünyanın ən uzun burnuna sahib insan Artvinli Mehmet Özyürekdir. Canlı insanda ən uzun burnuna sahib olan Özyüreyin burnu 18 Mart 2010-cu ildə İtaliyanın Roma şəhərində Lo Show dei Records-da ölçüləndə 8,80 sm idi.


Ən böyük parik rekordu

Ən böyük parik 2,23 metr enindədir. O, Kelly Hanson və Randy Carfagno Productions LLC tərəfindən hazırlanıb. Parik 1,6 metr hündürlükdə olub. Drew Barrymorenun başına parik taxmaq üçün dörd nəfər lazım gəlib.