662a2aa1b2217202404240417

Gündəlik 1 stəkan qoz qabığı suyu için, xərçəng xəstəliyindən qorunun...

Qoz qabığının sağlamlıq baxımından müxtəlif faydaları var. Qoz qabığı və qozun özünün tərkibi B vitamini ilə zəngindir.

Kanal.az sizə qoz qabığının faydaları və onun suyunun necə hazırlanması haqqında kiçik bir araşdırmanı təqdim edir.

Qoz qabıqları immunitet sistemini gücləndirəcək antioksidanlara sahibdir. B vitamini ilə dolu olan qoz qabığı stresi də tənzimləyir. Qoz qabığı insanın yaşlanma müddətini də uzada bilir. Qoz qabıqları xüsusi nəmləndirmə özəlliyinə sahibdir. Qoz qabığı kəpəkli saçlar üçün də istifadə olunur.

Daha bir özəlliyi də saçların təbii rəngini geri qaytara bilməsidir. Qoz qabığının suyu eyni zamanda cild baxımı üçün də istifadə olunur. Üzdəki müəyyən qırışları sürətli bir şəkildə təmizləməyə yardım edir. Qozun quru qabığını çay kimi dəmləyib içmək soyuqdəymə və öskürəyə də yaxşı təsir edir. Quru və ya təzə qoz qabığının dəmləməsi bağırsaqlarda olan qurdların müalicəsi üçün də müalicəvi təsirə malikdir. Gündə iki fincan qoz qabığı suyu ilə bu problemin öhdəsindən gəlmək olar.

Hər səhər bir stəkan qoz qabığının suyunu içərək xərçəng xəstəliyindən qoruna bilərsiniz. Qoz qabıqları həzm sistemini nəzarətdə saxlamağa da kömək edən bir vasitədir. Həzm sistemində problem yaşayan insanlar qoz qabığı suyunu içərək bu problemi aradan qaldıra bilərlər.

Qoz qabıqlarının tərkibindəki antioksidanlar arıqlamağa da kömək edir. Qoz qabığının suyunu hər gün davamlı olaraq içdikdə 1 hətfə ərzində 4 kq arıqlamaq mümkündür. Qoz qabığının suyu eyni zamanda bədəninizi zərərli toksinlərdən də təmizləyir.

Qoz qabığı suyunun hazırlanması...

Qoz qabığının suyunun hazırlanmasının 2-3 cür yolu var. Əsas olaraq, gün ərzində istifadə edilə biləcək qarışımı təqdim edirik.

6 ədəd qozu sındırmadan üzərində bir neçə dəlik açın. Daha sonra o qozları 1 litr suyun içərisinə qoyaraq üzərinə 2 xörək qaşığı sirkə əlavə edib, 15 dəqiqə qaynadın.

Hazırlanan qarışımı səhər və axşam ac qarına 1 stəkan içmək mümkündür. Eyni zamanda gün ərzində bir neçə qoz da yemənizdə fayda var. Qoz qabığı suyunun faydasını görə bilmək üçün onun ən az 3 həftə davamlı olaraq, içilməsi məsləhət görülür.