ÖLKƏ

“Gedən cismimdir, ruhum sizinlədir” – Bu gün Azərbaycan tamaşaçısı Rasim Balayevlə vidalaşacaq – VİDEO

Səhnəyə çıxanda, filmə çəkiləndə təkcə rolunu deyil, bütöv bir dövrü təəkbaşına canlandıran böyük aktyor – Rasim Balayev…

Onun canlandırdığı Babəklə IX, Nəsimi ilə XIV-XV əsrləri xəyali səyahət edirik, gözümüzün önündə bu tarixi şəxsiyyətlər məhz Rasim Balayevin üz cizgilərində, səsində danışır.

Bu, bir aktyorun incəsənətə, ədəbiyyata, bütövlükdə mədəniyyətə verdiyi töhfəylə yanaşı, həm də sənətinə olan dərin sevgisidir. O, rolları oynamırdı, yaşayırdı və tamaşaçısına da yaşadırdı. Hər obrazında bir insan taleyi, hər sözündə bir millətin qəlbi döyünürdü.

O, bir dəfə oynadığı rolu elə bir izlə tamamlayırdı ki, həmin obraz artıq başqasına məxsus ola bilmirdi. Sanki o, hər dəfə səhnəyə çıxanda bir parça ruhunu orada qoyur, tamaşa bitəndə isə yalnız cismini özü ilə aparır.

Bu gün Azərbaycan tamaşaçısı bu böyük aktyorla vidalaşır. Sənətkarın artıq Türkiyədən Bakıya gətirilmiş nəşi bu gün I Fəxri Xiyabanda torpağa tapşırılacaq. “Gedən cismimdir, ruhum sizinlədir” – “Nəsimi” filmindən, böyük şairin diliylə dediyi bu cümlə sanki onun indi öz həmvətənlilərinə, sevənlərinə qəlbən müraciətidir.  Çünki o, bu gün səhnədən çəkilsə də, yaratdığı obrazlar və əziz xatirəsi heç vaxt bizi tərk etməyəcək.

Oxşar xəbərlər

Arzum məhkəmə zalından azad edildi – VİDEO

kanal_az

Azərbaycanın Xalq artisti vəfat etdi – FOTO

kanal_az

Əməkdar artist oğlunun videosuna yazdığı şərhlə hər kəsi güldürdü – FOTO

kanal_az

Flora Kərimova ilə bağlı üzücü xəbər

kanal_az

Rafael Ağayevə ağır itki

kanal_az

Bu gün Azərbaycanda Milli Sevgililər Günüdür

kanal_az