ÖLKƏ

Flora Kərimova ilə bağlı üzücü xəbər

Bu gün səhər saatlarında Xalq artisti Flora Kərimovanın səhhəti pisləşib.

Kanal.az xəbər verir ki, müğənni üçün Təcili Tibbi Yardım briqadası çağırılıb. İfaçıya yerində ilkin tibbi yardım göstərilib.

F. Kərimovanın qızı Zümrüd Axşam.az-a açıqlamasında anasının vəziyyətinin hazırda yaxşı olduğunu bildirib.

“Hazırda yaxşıdır. Dincəlir. İnşallah, daha da yaxşı olacaq” deyə, Zümrüd əlavə edib.

Qeyd edək ki, 84 yaşlı Flora Kərimovanın bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi. Müğənninin müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Eyni zamanda, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da xalq artistinə baş çəkib. Səhhətindəki problemlərlə əlaqədar olaraq sənətkarın iyunun 20-də Yaşıl Teatrda planlaşdırılan çıxışı da sentyabr ayına təxirə salınıb. (bakivaxti.az)

Oxşar xəbərlər

Zaur Baxşəliyev efirə qayıdır – Görün hansı layihə ilə

kanal_az

“Pəncərədən baxıb ki, anası dəhlizdə paltarsız uzanıb” – Əməkdar artist

kanal_az

Bakıda qadın illərdir pul yığdığı bankanın ağzını açanda heyrətə gəldi – Sən demə, yığdığı pulların hamısı… – FOTO

kanal_az

Arzum məhkəmə zalından azad edildi – VİDEO

kanal_az

Elnarə Abdullayevaya ağır itki

kanal_az

Azərbaycanın Xalq artisti vəfat etdi – FOTO

kanal_az