Beynəlxalq Basketbol Federasiyası (FIBA) Rusiya yığmalarını və klublarını növbəti qərara qədər öz bayrağı altında keçirilən beynəlxalq yarışlardan kənarlaşdırıb.
Kanal.az xəbər verir ki, bu barədə FIBA-nın rəsmi saytı məlumat yayıb. Bildirilib ki, buna Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəb olub.
Xatırladaq ki, FİFA və UEFA da Rusiya klublarının və Rusiya milli komandasını növbəti qərara qədər bütün turnirlərdən kənarlaşdırıb. Avropa Həndbol Federasiyası (EHF) və Beynəlxalq Çimərlik Futbolu Təşkilatı da Rusiya və Belarus komanda və klublarının Avropa turnirlərində iştirakını qeyri-müəyyən müddətə dayandırıb.