Eşşəklərə sevgisini elan edən futbolçu: "Mən də eşşək kimiyəm"
"Çelsi"nin almaniyalı ulduzu Kay Havertz müsahibəsi ilə gündəm olub.
Kanal.az xəbər verir ki, o, “Guardian”a müsahibəsində eşşəklərə olan sevgisindən danışıb. Heyvanları çox sevdiyini və özünü eşşəklərlə eyniləşdirildiyini vurğulayan Havertz, "Bəzi komanda yoldaşlarım mənə "eşşək" deyirlər. Bunun mənim oyunumla heç bir əlaqəsi yoxdur. Həmişə eşşəklərlə xüsusi münasibətimin olduğunu düşünürəm” deyib.
23 yaşlı Havertz sözlərinə belə davam edib: "Eşşəklər çox sakit heyvanlardır və mən sakit insan olduğum üçün onlarla eyniyəm. Bir matçda uduzduğumuz zaman fermaya gedib heyvanlarla vaxt keçirməyi xoşlayıram. Heyvanların gözlərinin içinə baxanda onların insani tərəfini görmək məni sakitləşdirir”.
- İdman
- 30 Mart 2023