61e7f075b9cab_maxresdefault (20)

Erməni deputatın Türkiyədə böyük biznes şirkəti üzə çıxdı

Ermənistanla Türkiyə arasında uçuşlar fevralın 2-dən fəaliyyətə başlayacaq.

Kanal.az-ın erməni mediasına istinadla məlumatına görə, bunun fonunda Ermənistan parlamentində maraqlı hadisələr yaşanıb. Müxalifətçi deputat Ripsime Stambulyan buna görə parlamentdə bəzi deputatları “Türk agentləri” adlandıraraq qalmaqala səbəb olub. Həmin Ripsimenin Türkiyədə böyük şirkəti olduğu üzə çıxıb.

Bu gün iqtidaryönlü deputat Vaqarşak Akopyan isə bildirib ki, Stambulyan Türkiyədə ermənilərin istirahətini təşkil etməklə pul qazanan “Anriva Tour” turizm şirkətinin sahibidir.

Belə çıxır ki, hər yerdə türk agentləri görən “Hayastan” blokundan deputat Ripsime Stambulyanın bu məsələdə öz biznes maraqları var.

Yəni sərhədlərin açılması halında müntəzəm uçuşlar və s. onun biznesini itkilərə məruz qoyacaq, ona görə də o, bu qədər təlaş keçirir.

“Adamlar öz biznes maraqlarını təşviq etmək üçün mandat alıblar, parlamentə ölkəni xilas etmək üçün gəlməyiblər. Bir tərəfdən bu gülməli olsa da, digər tərəfdən ağlamalıdır”, – KİV yazıb. / Konkret.az