ŞOU

Ərim mənə yaxın durmur, qorxuram məni…- Qumraldan şok etiraf

Müğənni Qumral Musayeva “Öz aramızda” verilişində plastik əməliyyatlarla bağlı şəxsi təcrübəsindən danışarkən diqqətçəkən açıqlama verib.

Kanal.az xəbər verir ki, sənətçi həyat yoldaşı Natiqlə münasibətlərində yeni bir detalı ilk dəfə efirdə bölüşüb.
Qumral bildirib ki, yaşlanma əlamətlərinin qarşısını almaq üçün o da bir çox qadın kimi müəyyən estetik dəyişikliklərə ehtiyac duyur. Lakin həyat yoldaşının bu proseslərə münasibəti birmənalı deyil:
“Mən də qadın kimi yaşlanmaq istəmirəm. Heç bir xanım qırış, gözün düşməsi, ətlənməyi istəməz. Ancaq mənim ərim özümü dəyişdirən mənə yaxın dura bilmir,” – deyə müğənni qeyd edib.
Sənətçi burnunu plastik əməliyyat etdirərkən yaşadığı çətinlikləri də yada salıb:
“Burnumu əməliyyat etdirmişdim, üz-gözüm şiş olmuşdu, heç baxa bilmirdim. Elə xasiyyəti var ki, o vəziyyətdə yaxın dura bilmirdi” – deyə o, bildirib.
Müğənninin sözlərinə görə, həyat yoldaşı onun xarici görünüşündə ciddi dəyişikliklər görməyə alışa bilmir:
“Mən üz əməliyyatı edib o vəziyyətlərə düşsəm, ərim qaçar. Deyir ki, dəyişilib başqa cür görünmə, mən səni belə sevmişəm. Sənə oxşatmasam, görünüşünü soyuya bilərəm”, – deyə Qumral Musayeva səmimi etiraf edib.
Verilişdə səsləndirilən bu açıqlama sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. / Milli.az

Oxşar xəbərlər

Ölüm xəbəri yayılan “Banu Günel”in son halı – FOTO

kanal_az

Kəmalə Günəşlinin əsl yaşı görün neçə imiş – Təəccüblənəcəksiniz – VİDEO

kanal_az

Roza bu müğənni ilə sevgili imiş: “Təklif etdim ki, ər-arvad kimi…” – FOTO

kanal_az

Qocalığa meydan oxuyan 89 yaşlı Zeynəb Xanlarovanın yeni görüntüsü – FOTO

kanal_az

Dilarə Əliyevaya yeni vəzifə verildi

kanal_az

Elnarə Abdullayevanın ailəsi ilə bağlı xoş xəbər: Xonçalar gündəm oldu – VİDEO

kanal_az