ÖLKƏ

Elnarə Abdullayeva polis bölməsindədir: Nə baş verir? – Özü danışdı

Əməkdar artist Elnarə Abdullayevanın efirdə səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. O, qadınların sosial şəbəkələrin hekayə bölümündə öz fotolarını paylaşmasının doğru olmadığını deyib.

Sitat:

“Bacım mənə bir şəkil göstərdi. Başıbağlı bir xanım statusunda fərqli şəkillərini paylaşmışdı. Tutaq ki, Gülnarə xanımın həyat yoldaşı sənin elə şəklini niyə görməlidir? Mən kişi olsaydım, bunu qəbul etməzdim. Sən xanımsan, TikTok-da nə işin var?”

Bu fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və E.Abdullayeva həm tənqid, həm də təhqir obyektinə çevrilib.

Kanal.az xəbər verir ki, globalinfo.az-a danışan əməkdar artist Elnarə Abdullayeva hazırda barəsində xoşagəlməz sözlər yazan qadınla bağlı 29-cu polis bölməsinə şikayət ərizəsi yazdığını bildirib:

“Orada deməmişəm ki, konkret heç kim şəkil paylaşmasın. Vasif Məhərrəmli ilə söhbət etmişik ki, indiki cavanlar tez ayrılır, mən də demişəm ki, ayrılma səbəbi daha çox sosial şəbəkələrdir. Çünki biri şəkil paylaşır, digəri isə bundan narazı olur. Söhbət ümumi tendensiyalardan gedir, konkret şəxsdən yox.

“Başqasının həyat yoldaşı sənin şəklini niyə görməlidir?” məsələsi isə tamamilə fərdi və ev içi mövzudur, heç kimə aidiyyəti yoxdur”.

E.Abdullayeva əlavə edib ki, onu təhqir edən şəxslə bağlı tədbir görüləcək:

“Dövlətimiz və qanunlarımız var! Mənim fərdi ixtiyarım çatırmı ki, başqasının şəklini, videosunu paylaşım və təhqir edim? Əlbəttə ki, yox. Məni tənqid hədəfinə gətirən qadını tanımıram. Deyir ki, Elnarə əxlaq maskası altında gizlənir. Gəl görək mənim əxlaq maskamı cıranda altından nə çıxır? Şərəfimə və ləyaqətimə dil uzadanlar cavab verəcək. Mən heç kimi təhqir etməmişəm, əksinə, təhqir edilən mən olmuşam”.

Oxşar xəbərlər

Bu gün Azərbaycanda Milli Sevgililər Günüdür

kanal_az

Azərbaycanda 63 yaşlı qadın ana oldu – VİDEO

kanal_az

“Əhvalım çox pisdir” – 85 yaşını qeyd edən Ofeliya Sənani

kanal_az

Bağlanan verilişlər yeni mövsümdən qayıdır? – RƏSMİ

kanal_az

Rəşad Dağlı həmin cinayətdən danışdı: “Dedi ki, guya seksual azlıqsan”

kanal_az

Fərhad Mehdiyevin qızının vəfat etdiyi qəza anının videogörüntüləri – FOTO/VİDEO

kanal_az