626bcb1612627_163486_yvvom5nbx7

Əliyar Ağayev yenidən Yunanıstan Superliqasında

Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstanın yüksək liqasının vacib oyununa təyinat alıb. 

Kanal.az Yunanıstan Superliqasının saytına istinadən xəbər verir ki, o, ölkə çempionatının çempionluq qrupunun 6-cı turunda keçiriləcək "Panatinaikos" - "Aris" matçının baş hakimi olacaq. Ona həmyerliləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Spiridon Zampalas (Yunanıstan) yerinə yetirəcək.

Qeyd edək ki, sözügedən görüş mayın 1-i Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.