ÖLKƏ

“Elə kişi yoxdur ki, iri sinə xoşlamasın” – Psixoterapevtin fikirləri qalmaqal yaratdı

Psixoterapevt Əli Nağıyev televiziya proqramında səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Kanal.az xəbər verir ki, o, estetik əməliyyatlar, qadın-kişi münasibətləri və cəmiyyətdə formalaşan gözəllik standartları barədə danışarkən qalmaqallı açıqlamalar verib. Nağıyev bildirib ki, bəzi qadınların xarici görünüşlərində dəyişiklik etməsinin arxasında qarşı cinsin diqqətini cəlb etmək istəyi dayanır.

Psixoterapevt həmçinin kişilərin bir qisminin qadınlarda daha çox zahiri görünüşə önəm verdiyini, digərlərinin isə mənəvi keyfiyyətləri üstün tutduğunu qeyd edib. Onun fikrincə, emosional və intellektual baxımdan daha yetkin şəxslər münasibətlərdə xarici görünüşdən çox daxili dəyərlərə önəm verirlər:

“Dodağını böyüdən, poposunu əməliyyatla böyüdən qadın bunu niyə etdirir? Qadınlar arasında belə bir rəqabət var, amma əsas alıcı kimdir? Kişilərdir. Həmin müğənninin alıcısı var, sponsoru var. Elə bir kişi yoxdur ki, iri sinə və iri popo xoşlamasın. Kişilərdə qum saatına bənzər bədən quruluşuna meyl şüuraltı olaraq var. Bəzi kişilər bədənə fikir verməyib mənəvi dəyərə yüksələ bilirlər. Emosional intellekt səviyyəsi olmayan kişilər isə daha çox quruluşa önəm verirlər. Qadın da belə kişiləri cəlb edir və onların ciblərini soyur. Kişi qadın müğənnini oxumağına görə yox, bədən quruluşuna, bahalı bəzəyinə görə saxlayır. Qadın var bədənini saatlıq satır, bəziləri uzun müddətə, ailədə isə ömrünün sonuna kimi satır”.

Əli Nağıyevin proqramda səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər onun açıqlamalarına müxtəlif reaksiyalar verərək mövzu ətrafında fərqli fikirlər səsləndiriblər.

Sözügedən çıxış qısa müddətdə internetdə yayılıb və izləyicilər arasında debat yaradıb. (milli.az)

Oxşar xəbərlər

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün yeni məbləğlər açıqlandı

kanal_az

Cavan oğlan tutur, hər gün 400 manat verir ki… – Bakıda varlı qadından şok əməl

kanal_az

Hava dəyişir: Güclü yağış, sel, daşqın…

kanal_az

Nail Kəmərlinin məşhurlaşdırdığı həmin qızların şok görüntüləri yayıldı – VİDEO

kanal_az

Bu tarixlərdə ardıcıl yağış yağacaq – XƏBƏRDARLIQ

kanal_az

Xalq Artisti ilə bağlı üzücü xəbər

kanal_az