ÖLKƏ

“Əhvalım çox pisdir” – 85 yaşını qeyd edən Ofeliya Sənani

Bu gün axşam bağa köçəcəyəm. Şəhərdə bütün günü məni yuxu tutur. Yaşlı adamam, yay mövsümü isti olur, mən isə çölə çıxa bilmirəm. Buna görə də övladlarım gəlib bağa aparacaqlar.

Kanal.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Xalq artisti, tanınmış diktor Ofeliya Sənani deyib.

Səhhətindən danışan diktor bildirib:

“Harasa getməyə halım olmur. Çölə çıxa bilmirəm, ancaq evin içində hərəkət edirəm. Təzyiqim yüksək olur. İynələr vurulur, heç nə təsir etmir. Əhvalım çox pisdir. Yaşlı adamın əhvalı necə olar… Halım heç yoxdur. İstilər də məni bir tərəfdən əldən salıb”.

Ofeliya Sənani 85 illiyini qeyd etməsindən də danışıb:

“Mən heç vaxt ad günü keçirməmişəm, acığım gəlir. Bu il övladlarım etdi. Mən yay-qış deməmişəm, həmişə işləmişəm. Nə istirahətə, nə də doğum günlərinə vaxtım olub”.

Xatırladaq ki, Ofeliya Sənani ötən ay 85 yaşını qeyd edib. (milli.az)

Oxşar xəbərlər

Zaur Baxşəliyev efirə qayıdır – Görün hansı layihə ilə

kanal_az

“Pəncərədən baxıb ki, anası dəhlizdə paltarsız uzanıb” – Əməkdar artist

kanal_az

Bakıda qadın illərdir pul yığdığı bankanın ağzını açanda heyrətə gəldi – Sən demə, yığdığı pulların hamısı… – FOTO

kanal_az

Arzum məhkəmə zalından azad edildi – VİDEO

kanal_az

Elnarə Abdullayevaya ağır itki

kanal_az

Azərbaycanın Xalq artisti vəfat etdi – FOTO

kanal_az