ÖLKƏ

Dini başörtüyünün ləğvi ilə bağlı yaydığımız məlumatla əlaqədar AÇIQLAMA

“”Yeni Müsavat” Media Qrupunun platformalarında dini baş örtüklərinin istifadəsi ilə bağlı yeni tənzimləmənin tətbiqi istiqamətində artıq dövlət səviyyəsində qərar formalaşdığı və yaxın zamanlarda bunun rəsmi şəkildə elan olunacağı, baş örtüyünün ləğv ediləcəyi və onun kəlağayı ilə əvəzlənəcəyi barədə yayımlanmış məlumatın həqiqəti əks etdirmədiyini bildiririk”.

Kanal.az xəbər verir ki, bu açıqlamanı “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu yayıb.

Açıqlamada qeyd edilir ki, aparılan dəqiqləşdirmələr nəticəsində müəyyən olunub ki, qeyd edilən məsələ ilə bağlı heç bir rəsmi qərar yoxdur, belə bir təşəbbüs müzakirə edilmir və yayımlanmış informasiya əsassızdır:

“Sözügedən material redaksiya əməkdaşlarımızdan birinin dəqiqləşdirilməmiş məlumat əsasında hazırladığı yazı nəticəsində yayımlanıb. Bu, redaksiya prinsiplərinə uyğun olmayan ciddi peşə səhvi kimi qiymətləndirilir.

məlumat ictimai rəydə narahatlıq yaratdığı və inanclı vətəndaşları incitdiyi üçün bütün oxucularımızdan səmimi şəkildə üzr istəyirik.

Məlumat dərhal bütün platformalarımızdan silinib və oxucularımıza həmin xəbərə etibar etməmələrini tövsiyə edirik.

Gələcəkdə bu kimi halların təkrarlanmaması üçün redaksiya daxilində əlavə nəzarət və yoxlama mexanizmləri gücləndiriləcək”.

Oxşar xəbərlər

Zaur Baxşəliyev efirə qayıdır – Görün hansı layihə ilə

kanal_az

“Pəncərədən baxıb ki, anası dəhlizdə paltarsız uzanıb” – Əməkdar artist

kanal_az

Bakıda qadın illərdir pul yığdığı bankanın ağzını açanda heyrətə gəldi – Sən demə, yığdığı pulların hamısı… – FOTO

kanal_az

Arzum məhkəmə zalından azad edildi – VİDEO

kanal_az

Elnarə Abdullayevaya ağır itki

kanal_az

Azərbaycanın Xalq artisti vəfat etdi – FOTO

kanal_az