ŞOU

Dilarənin bu görüntüləri müzakirələrə səbəb oldu: “Striptiz deyil” – VİDEO

Dilarə Kazımova sosial şəbəkədə müzakirə hədəfi olub.

Kanal.az xəbər verir ki, ifaçı yeni layihəsinə hazırlıq prosesindən görüntülər paylaşıb.

Videoda qara alt paltarında və hündürdaban ayaqqabıda görünən Dilarə xüsusi dirək üzərində rəqs hərəkətləri nümayiş etdirib.

O, görüntüləri “Instagram” hesabında yayımlayaraq izləyicilərin mümkün tənqidlərinə əvvəlcədən cavab verib:

“Çox qışqırmayın, layihəyə hazırlaşırıq. Striptiz deyil, “pole dance”dir”.

Paylaşım qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. İzləyicilərin bir qismi Dilarənin dünya şou-biznesində geniş yayılmış “pole dance”ını təqdim etməsini dəstəkləyərək onun fərqli layihələrə üstünlük verməsini müsbət qiymətləndirib.

Digərləri isə Azərbaycan tamaşaçısının mental dəyərlərini nəzərə alaraq bu cür görüntülərin birmənalı qarşılanmadığını bildirib.

Dilarə Kazımovanın hazırladığı yeni layihənin nə ilə bağlı olduğu isə hələlik açıqlanmayıb. (yenisabah.az)

Oxşar xəbərlər

Ölüm xəbəri yayılan “Banu Günel”in son halı – FOTO

kanal_az

Kəmalə Günəşlinin əsl yaşı görün neçə imiş – Təəccüblənəcəksiniz – VİDEO

kanal_az

Roza bu müğənni ilə sevgili imiş: “Təklif etdim ki, ər-arvad kimi…” – FOTO

kanal_az

Qocalığa meydan oxuyan 89 yaşlı Zeynəb Xanlarovanın yeni görüntüsü – FOTO

kanal_az

Dilarə Əliyevaya yeni vəzifə verildi

kanal_az

Elnarə Abdullayevanın ailəsi ilə bağlı xoş xəbər: Xonçalar gündəm oldu – VİDEO

kanal_az