ŞOU

“Deyirlər niyə elə geyinmişdin?” – Kəmalə Günəşli həmin görüntülərdən danışdı

Müğənni Kəmalə Günəşli son günlər sosial şəbəkələrdə müzakirə olunan toy məclisi görüntüləri ilə bağlı açıqlama verib.

Kanal.az milli.az-a istinadən xəbər verir ki, ifaçı bildirib ki, məclisdə yaşanan hadisəni böyütmək və qalmaqala çevirmək niyyətində olmayıb. Onun sözlərinə görə, qarşı tərəfin davranışını daha çox sevgi və fanatlıq jesti kimi qiymətləndirib.

Kəmalə Günəşli qeyd edib ki, həmin an dava yaratmağın və kimisə ictimai şəkildə alçaltmağın doğru olmadığını düşünüb:

“İnsan hərəkətinə görə fərqli reaksiya verə bilərdi. Amma mən vəziyyəti böyütmək istəmədim. Ola bilər ki, həmin şəxs sadəcə sevgisini göstərməyə çalışıb. Buna görə qalmaqal yaratmağı düzgün hesab etmədim”, – deyə sənətçi vurğulayıb.

Müğənni həmçinin sosial şəbəkələrdə onun ünvanına çoxsaylı tənqid və sərt rəylərin yazıldığını da bildirib. Buna baxmayaraq, qarşı tərəfi çətin vəziyyətdə qoymaq istəmədiyini əlavə edib.

Oxşar xəbərlər

“Banu”nun Güneli vəsiyyətini açıqladı – Kədərli paylaşım – VİDEO

kanal_az

Toyda Əməkdar artist ilə aparıcı Zaur arasında dava – Müğənnini sakitləşdirə bilmədilər – VİDEO

kanal_az

Azərbaycanlı məşhurların uşaqlıq fotoları – Görənlər təəccüblənir

kanal_az

Zeynəb Xanlarovadan aparıcı Zaura qadağa – “Bir də mənə…”

kanal_az

Əməkdar və Xalq artistləri görün dövlətdən nə qədər təqaüd alırmış – Təəccüblü məbləğ – FOTO

kanal_az

Övladı olmadı, Bakıdan getdi – “Qaynana”nın Afəti indi görün nə işlə məşğuldur – FOTO

kanal_az