ŞOU

Cinayət törətdiyi deyilən Miri Yusif həbs olunub? – Açıqlama – VİDEO

Xalq artisti Miri Yusif illər əvvəl baş vermiş hadisə ilə bağlı mediada yayılan məlumatlara aydınlıq gətirib.

Kanal.az xəbər verir ki, sənətçi 2006-cı ildə yaşanan hadisəni heç vaxt gizlətmədiyini bildirib.

O qeyd edib ki, həmin dövrdə gənc olduğu üçün baş verənləri indi daha fərqli – hətta gülməli xatırlayır.

Müğənni açıqlamasında bildirib ki, o zaman həbs olunmayıb, yalnız inzibati cəza ilə üzləşib. Daha sonra isə Azərbaycana qayıdıb və fəaliyyətini davam etdirib.

Miri Yusif əlavə edib ki, mövzunun yenidən gündəmə gətirilməsi onda nostalji hisslər oyadıb:

“2006-cı ildə belə bir hadisə baş vermişdi. Heç vaxt bunu gizlətməmişəm. İndi xatırlayanda gülməli gəlir, çünki o vaxtlar çox cavan idim. Təbii ki, həbsdə olmamışam, sadəcə inzibati cəza almışdım. Daha sonra isə Azərbaycana qayıtmışam. Hazırda bu mövzunun yenidən gündəmə gətirilməsi məni cavanlıq illərinə qaytardı. Çox sağ olun, bir az nostalji hisslər bəxş etdiniz mənə”.

Qeyd edək ki, sənətçi ilə bağlı köhnə hadisələrin yenidən müzakirə olunması sosial şəbəkələrdə də geniş rezonans doğurub.

Oxşar xəbərlər

Tanınmış aktyor aparıcı Salehin babası imiş – Görün kimdir – FOTO

kanal_az

Gözəlliyi ilə Türkiyəni fəth edən azərbaycanlı aktrisanın yaşı təəccübləndirir – FOTO

kanal_az

Qorxmaz Əlilicanzadə ilə bağlı üzücü xəbər

kanal_az

“Ola bilər sənin üçün əzizdir, amma faktiki fahişədir” – Sərt sözlər – VİDEO

kanal_az

“Əri ola-ola gedib başqasının ərinin…” – Sərt sözlər – VİDEO

kanal_az

Azərbaycanlı şoumen xanımına xəyanət etdiyi aktrisa ilə evləndi – VİDEO

kanal_az