ÖLKƏ

Bakıda keçirilən dəbdəbəli toy gündəm oldu: “Tanınmış ailənin övladlarının…” – VİDEO

Bakıda keçirilən dəbdəbəli toy mərasimi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Kanalşaz Musavat.com-a istinadən xəbər verir ki, paytaxtda baş tutan möhtəşəm məclisdən yayılan görüntülər qısa müddətdə sosial mediada yayılıb və istifadəçilərin diqqətini cəlb edib.

Gecənin ən çox danışılan məqamlarından biri isə məşhur sənətçilərin çıxışları olub. Belə ki, toy mərasimində Azərbaycanın Xalq artistləri Röya Ayxan və Zülfiyyə Xanbabayeva səhnəyə çıxaraq sevilən mahnılarını səsləndiriblər. Məclisdə həmçinin Rusiyanın tanınmış estrada ulduzu Vera Brejneva da iştirak edib.

Toyun kimə məxsus olduğu və məclisə daha hansı tanınmış simaların qatıldığı barədə hələlik məlumat verilməsə də, tanınmış ailənin övladlarının məclisi olduğu iddia olunub.

Oxşar xəbərlər

Azərbaycanda internet bahalaşdı – QİYMƏTLƏR

kanal_az

Əməkdar artist ilə bağlı üzücü xəbər – FOTO

kanal_az

Güclü qar, şaxta… – Hazırlıqlar başladı

kanal_az

Noyabrda 5 günlük tətil olacaq – Tarixlər

kanal_az

Tanınmış meyxanaçı VƏFAT ETDİ – FOTO

Terlan

Azərbaycanda yeni nazir təyin edildi – FOTO

kanal_az