ÖLKƏ

Bağlanan verilişlər yeni mövsümdən qayıdır? – RƏSMİ

Bir müddət əvvəl yayımı dayandırılan proqramlardan bəzilərinin efirə qayıdacağı barədə iddialar səsləndirilir.

Kanal.az-ın bakıvaxtı.az-a istinadən məlumatına görə, iddialarda o verilişlərin yeni mövsümdən yenidən yayımlanacağı deyilir.

Bəs deyilənlər nə dərəcədə həqiqətəuyğundur? Bağlanan verilişlər efirə qayıdacaqları halda proqramlarda nə kimi dəyişikliklər olacaq?

Məsələ ilə bağlı Bakıvaxtı.az verilişləri bağlanan kanallara sorğu göndərib.

ARB-dən bildirilib ki, yayılan iddialar əsassızdır:

“Bağlanan verilişlərin və ya həmin aparıcıların yenidən ekranlara qayıtması ilə bağlı məlumat yoxdur”.

ATV-dən isə bununla bağlı sualımız cavabsız qalıb.

Qeyd edək ki, bi müddət əvvəl ATV-də Zaur Nəbioğlunun təqdim etdiyi “Rəngarəng” və Zaur Baxşəliyevin aparıcısı olduğu “Bizimləsən” verilişləri, eləcə də ARB TV-də Xoşqədəm Hidayətqızının aparıcısı və müəllidi olduğu “Səni axtarıram”, Zaur Kamalın “Həmin Zaur” və Elgiz Əkbərin “Elgizlə izlə” proqramları bağlanıb.

Oxşar xəbərlər

Xəzər dənizində naməlum varlıq göründü – VİDEO

kanal_az

Azərbaycanda 9 gün iş olmayacaq – Tarixlər

kanal_az

5 günlük tətil başlayır – Tarixlər açıqlandı

kanal_az

“Pəncərədən baxıb ki, anası dəhlizdə paltarsız uzanıb” – Əməkdar artist

kanal_az

Bu ərazilərə qar yağdı – FOTOLAR

kanal_az

Bakıda qadın illərdir pul yığdığı bankanın ağzını açanda heyrətə gəldi – Sən demə, yığdığı pulların hamısı… – FOTO

kanal_az