iş adamı biznesmen

Azərbaycanlı iş adamından Ukrayna ordusuna 3 milyonluq YARDIM

Azərbaycanlı iş adamı Oktay Əfəndiyev Ukrayna ordusuna küllü miqdarda yardım edib.

Bu barədə  Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov məlumat verib. 

İş adamı 3 milyon qrivna məbləğində pulu “Alfa bank”a köçürüb. Bundan başqa, iş adamı Ukrayna ordusuna külli miqdarda ərzaq yardımı da göstərib.

Xatırladaq ki, o, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun fəxri sədridir.