ÖLKƏ

Azərbaycanda yeni nazir təyin edildi – FOTO

Prezidentin sərəncamı ilə Anar Məhərrəm oğlu Bayramov yeni səhiyyə naziri təyin edilib.

Kanal.az Anar Bayramovun dosyesini təqdim edir:

Anar Bayramov 1975-ci ildə anadan olub.

1997-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. Daha sonra təhsilini davam etdirərək 2004-2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirirək maliyyə üzrə magist (MBA) dərəcəsi alıb.

Tibb üzrə fəlsəfə doktoru olan A.Bayramov 20-dən çox elmi məqalənin və 2 səmərələşdirici təklifin müəllifidir.

A.Bayramov Azərbaycan sığorta bazarının peşəkar sığortaçısı kimi tanınır və maliyyə sektotunda 25 ilə yaxın təcrübəyə malikdir. O, 2002-ci ildən “A-Group” sığorta şirkətinin İdarə Heyətinin sədrinin müavini, 2004-cü ildən 2021-ci ilədək İdarə Heyətinin sədri olub.

Daha sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, nazirliyin tabeliyində Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

O, 2006-2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-ci ildən 2017-ci ilədək Xəzər-Avropa Maliyyə Klubunun (CEIBC) prezidenti, 2017-ci ildən “Caspian European Club”un sığorta komitəsinin rəhbəridir. 2023-cü ildən Azərbaycan Respublikası Deflimpiya Komitəsinin Sədri, 2025-ci ildən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Baş Məclisinin üzvüdür.

A.Bayramov “tibbi sığorta”, “səhiyyədə islahatlar”, “liderlik” və digər mövzularda Almaniya, ABŞ, Fransa, Rusiya, Macarıstan, Çexiya, Rumıniya, Sloveniya və digər ölkələrdə keçirilən beynəlxalq səviyyəli konfrans və seminarların iştirakçısı olub.

Qeyd edək ki, Anar Bayramov bundan əvvəl TƏBİB-in icraçı direktoru olub.

Oxşar xəbərlər

4 gün ardıcıl iş olmayacaq- Bu tarixlərdə

kanal_az

Nəsrin Cavadzadə hicab məsələsi ilə bağlı mövqeyini bəyan etdi – FOTO

kanal_az

“Qəbul olunan qərarda “hicab” sözü yoxdur”- Şeyx

kanal_az

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilibmiş – Deputat açıqladı

kanal_az

Əməkdar artist oğlunun videosuna yazdığı şərhlə hər kəsi güldürdü – FOTO

kanal_az

11 gün iş olmayacaq – Tarixlər açıqlandı

Terlan