6515e49c30fd9202309233956

Azərbaycan polisi Xankəndinə belə daxil oldu - VİDEO

Azərbaycanın daxili işlər orqanlarının qüvvələri Xankəndi şəhərinə daxil olub.

“Qafqazinfo” xəbər verir ki, polis əməkdaşlarını daşıyan çoxsaylı xidməti avtomobillər Rusiya sülhməramlılarının müşayiəti ilə Xankəndiyə girib.

Sosial şəbəkələrdə yayılmış görüntüləri lentə alan erməniəsilli şəxs oradakı qondarma rejimin ünvanına təhqiramiz sözlər işlədib.

Həmin görüntüləri təqdim edirik: