ŞOU

“Arxasını” xalqa göstərib “bir parça keks” deyən mən deyildim… – Nigara sərt cavab

Ötən gün İctimai televiziyada yayımlanan “Maska” şouda münsif kürsüsündə əyləşən müğənni Nigar Camal həmkarı Ofeliya Şabanovanın ünvanına xoşagəlməz ifadələr işlədib. O müğənni haqda “Ərinin orasını-burasını yuyan” deyib.

Kanal.az xəbər verir ki, moderator.az-a açıqlama verən Ofeliya Şabanova həmkarını sərt tənqid edib:

“Şərəfli insanlar onu da tanıyır, məni də. Cürəti çatmaz mənə desin. Əgər mənə deyibsə xatırladım ki, “arxasını” xalqa göstərib “bir parça keks” deyən mən deyildim. Hal hazırda 44 günlük vətən müharibəsi qazisi, doğma qardaşım Nurməmməd Şabanov Sabunçu xəstəxanasının reanimasiya şöbəsində ölümlə mübarizə aparır. Bu dəqiqə başım qardaşıma qarışıb. Mənim çəkdiyim dərdi mənə söz atanlar çəksin inşallah. Allaha şükür heç olmasa orasını-burasını yumağa ərim var. Onun bəs necə?” deyə bildirib.

Ofeliya Şabanova daha sonra əlavə edib:

“İnanın bəlkə də Azərbaycanda məndən çox sataşılan, söz atılan ifaçı yoxdur. Yeganə səbəbi səsimdir. Vau-vau ediləsi gözəlliyim yox, əxlaqsız geyimim yox, əxlaqsız danışdığım yox. Demək səsim bunlara bəladır” deyə sənətçi bildirib.

Oxşar xəbərlər

Roza oxumağa getdiyi toyda bəyin kim olduğunu görəndə behi geri qaytarıb… – FOTO

kanal_az

“Ağıllı ol, əlimdə oteldə çəkilən videoların var” – Qalmaqal

kanal_az

“Otelə ərimlə gedirəm” – Qumral

kanal_az

“Banu”nun Güneli vəsiyyətini açıqladı – Kədərli paylaşım – VİDEO

kanal_az

Toyda Əməkdar artist ilə aparıcı Zaur arasında dava – Müğənnini sakitləşdirə bilmədilər – VİDEO

kanal_az

Azərbaycanlı məşhurların uşaqlıq fotoları – Görənlər təəccüblənir

kanal_az