620caec8719ce_159791_t27xy8rg28

Ardıcıl 21 ildir qol vururcc

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo üçün İngiltərə Premyer Liqasının 18-ci turunun təxirə salınmış "Brayton"la oyunu (2:0) əlamətdar olub.

Kanal.az xəbər verir ki, sözügedən görüşdə fərqlənən portuqaliyalı hücumçu ardıcıl 21 ildir ən azı bir qol vurub.

37 yaşlı oyunçunun qol seriyası 2002-ci ildən başlayır. Həmin vaxt o, Portuqaliyanın “Sportinq”ində çıxış edirdi. 

Qeyd edək ki, "Brayton"a vurduğu top sayəsində Ronaldo 6 matçlıq qolsuzluq seriyasına son qoyub.