“Space” TV-nin “Banu” layihəsi ilə tanınan aparıcısı Günel Həsənzadə ömür-gün yoldaşı ilə birlikdə olan fotosunu ilk dəfə ictimaiyyətə təqdim edib.
Kanal.az xəbər verir ki, paylaşımda aparıcının yoldaşının simasını gizli saxlaması diqqətdən yayınmayıb. İzləyicilərinin cütlüyə ünvanladığı “Allah xoşbəxt eləsin!” tipli xoş arzularına Günel bəyənmə reaksiyası verməklə qarşılıq göstərib.
Xatırladaq ki, G. Həsənzadə Türkiyə vətəndaşı olan bir iş adamı ilə gözlərdən uzaq şəkildə nikah masasına oturub. O, bu evlilik xəbərini uzun müddət medianın diqqətindən kənarda saxlamağı bacarmışdı. /musteqil.az
