ŞOU

Dilarənin bu görüntüləri müzakirələrə səbəb oldu: “Striptiz deyil” – VİDEO

Dilarə Kazımova sosial şəbəkədə müzakirə hədəfi olub.

Kanal.az xəbər verir ki, ifaçı yeni layihəsinə hazırlıq prosesindən görüntülər paylaşıb.

Videoda qara alt paltarında və hündürdaban ayaqqabıda görünən Dilarə xüsusi dirək üzərində rəqs hərəkətləri nümayiş etdirib.

O, görüntüləri “Instagram” hesabında yayımlayaraq izləyicilərin mümkün tənqidlərinə əvvəlcədən cavab verib:

“Çox qışqırmayın, layihəyə hazırlaşırıq. Striptiz deyil, “pole dance”dir”.

Paylaşım qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. İzləyicilərin bir qismi Dilarənin dünya şou-biznesində geniş yayılmış “pole dance”ını təqdim etməsini dəstəkləyərək onun fərqli layihələrə üstünlük verməsini müsbət qiymətləndirib.

Digərləri isə Azərbaycan tamaşaçısının mental dəyərlərini nəzərə alaraq bu cür görüntülərin birmənalı qarşılanmadığını bildirib.

Dilarə Kazımovanın hazırladığı yeni layihənin nə ilə bağlı olduğu isə hələlik açıqlanmayıb. (yenisabah.az)

Oxşar xəbərlər

Ailəsi Nəfəsə görə dağılıb? – Aqşin özü açıqladı

kanal_az

Bu da Aygün Bayramovanın həyat yoldaşı – Görün kimdir – FOTO

kanal_az

Rəşadın son halı: Arıqlayıb, saçları da ağarıb…

kanal_az

“Komedixana”nın aktyoru özünə yeni ev aldı – Görün kimdir – FOTO

kanal_az

Elzanın əri görün kim imiş – İnanmayacaqsınız – VİDEO

kanal_az

Aybəniz Haşımova ilə bağlı üzücü xəbər – FOTO

kanal_az