ŞOU

“O mahnını oxuyub sənətdən gedəcəkdim, dünya ulduzuna çevrildim” – Roza

Müğənni Roza Zərgərli səmimi etirafları ilə diqqət çəkib.

Kanal.az xəbər verir ki, ifaçı sənət yolunda yaşadığı çətinliklərdən və özünü uzun müddət tək hiss etməsindən danışıb.

Müğənni bildirib ki, məşhurlaşdığı dönəmdə bir çox insan onunla işləməyə isti yanaşmayıb:

“Yatdım, səhər oyandım dünya ulduzuna çevrildim. Heç kim mənimlə işləməyi özünə sığışdırmırdı. Hamının öz “star”ı var idi”.

İfaçı açıq şəkildə ona dəstək olan insanların az olduğunu da etiraf edib:

“Mənimlə qorxmadan dostluq edənlər çox az idi. Bizdə “mafialar” var axı”.

Rusiyada doğulub bir müddət orada yaşadığını deyən sənətçi hər iki ölkədə müəyyən çətinliklərlə üzləşdiyini bildirib:

“Mən Rusiyada doğuldum və orada “qara” sayılırdım. Bakıya gəldim, yenə heç nə dəyişmədi. Azərbaycanlı olsam da, mənə rus deyirdilər. Dili bilmirdim deyə burada da “döyülürdüm”, Rusiyada da…”.

Sənətçi hətta bir dönəm musiqidən uzaqlaşmaq istədiyini də ilk dəfə açıqlayıb:

“Artıq ‘İstədim’ mahnımı oxuyub səhnədən gedəcəkdim. İlk dəfədir deyirəm”.

Onun sözlərinə görə, məhz Elvinin təkidi qərarını dəyişib:

“Elvin israr etdi ki, bu mahnını oxu, sonra gedərsən. Yəni diqqət istədin, görmədin və sənətdən getdin”.

Zərgərlinin açıqlamaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub. /milli.az

Oxşar xəbərlər

“Mən yoxamsa hamı televizorun satsın, nəyə lazımdır?” – VİDEO

Terlan

Pünhan Piriyev toyuna gəlməyən daha bir Xalq artistinin adını açıqladı – (Video)

Terlan

“Xanımlarını unutmaq üçün gələn bəylər mənə təklif edirlər ki…” – Şok sirləri açdı

kanal_az

Əməkdar artistin kiçik oğlunun ifası hər kəsi heyran etdi – VİDEO

Terlan

Gözəlliyi ilə Türkiyəni fəth edən aktrisa bu məşhur azərbaycanlı sənətçinin qızı imiş – FOTO

kanal_az

“Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi” – VİDEO

Terlan