ŞOU

Qazi anasından Pünhana təhdid: “Səni süründürərəm…” – VİDEO

Son günlər müğənni Pünhan Piriyev ətrafında yaranan qalmaqallar səngimək bilmir. İfaçı daha əvvəl səhnədə baş verən insident və sosial şəbəkələrdəki mübahisələrlə gündəmə gəlmişdi və bu müzakirələr hələ də davam edir.

Kanal.az yenisabah.az-a istinadən xəbər verir ki, bu dəfə mübahisəyə yeni iddialar əlavə olunub. Özünü qazi anası kimi təqdim edən bir xanım sosial şəbəkədə video yayaraq müğənnini ittiham edib. Onun sözlərinə görə, Pünhan Piriyev yazdığı şərhlə ona qarşı hörmətsizlik edib:

“Bu video sənin üçün gəlsin. Sən mənə yazmısan ki, “Səyim-sərəyim əksik idi…”  Mən səy-sərək deyiləm, qazi anasıyam. Sən isə həm anonim, həm şəxsiyyət olaraq, həm də davranışınla hörmətsizlik etmisən.

Sən Sumqayıta gəlmişdin, deyirsən orada mənə hörmətsizlik olundu. Amma ilk hörmətsizliyi sən etdin. Biz sizə hörmət etdikcə, siz bunu düzgün başa düşmürsünüz, əksinə “şişirdirsini”.  Bəzi müğənnilər də bu cür davranır.

Sumqayıta gəldin, mən səni öz oğlum bilib videoya çəkmişdim.

Mən qazi anasıyam, sən isə yazdığın rəyə görə qanun qarşısında cavab verə bilərsən. Səni həmin rəyə görə süründürərəm, hətta lazım olsa Azərbaycandan da köçürərəm, bunu qazi anası kimi deyirəm.

Sən orada ağzına gələni yazmısan. Sən pul alanda dəyişirsən, qudurursan!”

Xatırladaq ki, bir neçə gün əvvəl Sumqayıtda mağaza açılışına qatılan müğənnilər Nəfəs və Pünhan səhnədə çətin anlar yaşayıblar.  Onlar çıxış edərkən şəkil çəkdirmək istəyən tamaşaçılar ard-arda səhnəyə qalxıb.

Oxşar xəbərlər

Roza oxumağa getdiyi toyda bəyin kim olduğunu görəndə behi geri qaytarıb… – FOTO

kanal_az

“Ağıllı ol, əlimdə oteldə çəkilən videoların var” – Qalmaqal

kanal_az

“Otelə ərimlə gedirəm” – Qumral

kanal_az

“Banu”nun Güneli vəsiyyətini açıqladı – Kədərli paylaşım – VİDEO

kanal_az

Toyda Əməkdar artist ilə aparıcı Zaur arasında dava – Müğənnini sakitləşdirə bilmədilər – VİDEO

kanal_az

Azərbaycanlı məşhurların uşaqlıq fotoları – Görənlər təəccüblənir

kanal_az