ŞOU

Cinayət törətdiyi deyilən Miri Yusif həbs olunub? – Açıqlama – VİDEO

Xalq artisti Miri Yusif illər əvvəl baş vermiş hadisə ilə bağlı mediada yayılan məlumatlara aydınlıq gətirib.

Kanal.az xəbər verir ki, sənətçi 2006-cı ildə yaşanan hadisəni heç vaxt gizlətmədiyini bildirib.

O qeyd edib ki, həmin dövrdə gənc olduğu üçün baş verənləri indi daha fərqli – hətta gülməli xatırlayır.

Müğənni açıqlamasında bildirib ki, o zaman həbs olunmayıb, yalnız inzibati cəza ilə üzləşib. Daha sonra isə Azərbaycana qayıdıb və fəaliyyətini davam etdirib.

Miri Yusif əlavə edib ki, mövzunun yenidən gündəmə gətirilməsi onda nostalji hisslər oyadıb:

“2006-cı ildə belə bir hadisə baş vermişdi. Heç vaxt bunu gizlətməmişəm. İndi xatırlayanda gülməli gəlir, çünki o vaxtlar çox cavan idim. Təbii ki, həbsdə olmamışam, sadəcə inzibati cəza almışdım. Daha sonra isə Azərbaycana qayıtmışam. Hazırda bu mövzunun yenidən gündəmə gətirilməsi məni cavanlıq illərinə qaytardı. Çox sağ olun, bir az nostalji hisslər bəxş etdiniz mənə”.

Qeyd edək ki, sənətçi ilə bağlı köhnə hadisələrin yenidən müzakirə olunması sosial şəbəkələrdə də geniş rezonans doğurub.

Oxşar xəbərlər

Müsəlman olmayan azərbaycanlı məşhurlar görün kimlərdir – Siyahı – FOTO

kanal_az

Şöhrət Məmmədov Azərbaycanı tərk etdi – VİDEO

kanal_az

Hindistanlı milyonçu ilə ailə quran Günel Musəvi illər sonra üzə cıxdı – FOTO

kanal_az

“Xalq artistini bağda stolun üstündə oynadıb, sonra yerə uzadıb…” – Şok

kanal_az

“Dostlarım var ki, görüntülü yığır, kartıma pul atırlar” – FOTO

kanal_az

“Komedixana”nın aktyorlarının bu görüntüləri müzakirələrə səbəb oldu – VİDEO

kanal_az