ÖLKƏ

“Pəncərədən baxıb ki, anası dəhlizdə paltarsız uzanıb” – Əməkdar artist

“Elçin Həmidovun sağ olmasını istəyərdim. Onun yoxluğunu çəkirəm. Onun evinin yanında nəvəmə ev almışam”.

Kanal.az xəbər verir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva “Zaurla Günaydın” verilişində deyib. Aktrisa mərhum aktyor Elçin Həmidovdan danışıb:

“Mənim evimin yaxınında özünə ev almaq istəyirdi, amma satdılar. O, da yaxın yerdən aldı. Deyirdim ki, vəsiyyətini yaz. Deyirdi, sənin nəvən Saraya bağışlayacağam. Anasının adı Sara idi. Bilirdim ki, o, tez və evdə öləcək. Onun anası da elə dünyasını dəyişib. 11 yaşı olanda məktəbdən gələndə qapını döyüb, görüb anası açmır. Pəncərədən baxıb ki, anası dəhlizdə lüt uzanıb, vəfat edib. Toy tutub, axşam tədbirdə olacaqdı gəlib ki, bacısı Leyla hamamın qarşısında yıxılıb ölüb. Qardaşı yıxıldı, öldü. O biri qardaşı gedib özünü dənizə atdı. Tahir İmanov sağ olsun, onu “Məhəllə”də gəzdirdi”.

Qeyd edək ki, E.Həmidov 2011-ci ildə ürəktutmasından vəfat edib.  (Axşam.az)

Oxşar xəbərlər

Rafael Ağayevə ağır itki

kanal_az

Bu gün Azərbaycanda Milli Sevgililər Günüdür

kanal_az

Azərbaycanda 63 yaşlı qadın ana oldu – VİDEO

kanal_az

“Əhvalım çox pisdir” – 85 yaşını qeyd edən Ofeliya Sənani

kanal_az

Bağlanan verilişlər yeni mövsümdən qayıdır? – RƏSMİ

kanal_az

Rəşad Dağlı həmin cinayətdən danışdı: “Dedi ki, guya seksual azlıqsan”

kanal_az