ÖLKƏ

Əməkdar artistin halı pisləşdi: Danışmağa belə halım yoxdur

“Çox pisəm. Danışmağa belə halım yoxdur. Səhhətimdə problem yaranıb. Rasim Balayevi itirdikdən sonra dünya artıq gözümdə deyil”.

Kanal.az xəbər verir ki, bu barədə musavat.com-a Əməkdar artist Suğra Bağırzadə bildirib.

Aktrisa qeyd edib ki, son günlər yaşadığı sarsıntı onu dərin kədərə qərq edib:

“Son günlər çox ruhdan düşmüşəm. Rasimi itirməyimiz mənə çox pis təsir edib. Böyük aktyorumuzu itirdik. Yəqin ki, hələ bir müddət bu vəziyyətdə olacağam”.

Qeyd edək ki, Suğra Bağırzadə Azərbaycan kino və teatr sənətində özünəməxsus yeri olan aktrisalardandır. O, illər ərzində bir çox yaddaqalan obrazlar yaradıb, eyni zamanda rəssam və florist kimi də fəaliyyət göstərərək incəsənətin müxtəlif sahələrində uğur qazanıb. Əməkdar artist kimi onun sənətə verdiyi töhfələr tamaşaçılar tərəfindən yüksək qiymətləndirilir. (demokrat.az)

Oxşar xəbərlər

Bu gün Azərbaycanda Milli Sevgililər Günüdür

kanal_az

Azərbaycanda 63 yaşlı qadın ana oldu – VİDEO

kanal_az

“Əhvalım çox pisdir” – 85 yaşını qeyd edən Ofeliya Sənani

kanal_az

Bağlanan verilişlər yeni mövsümdən qayıdır? – RƏSMİ

kanal_az

Rəşad Dağlı həmin cinayətdən danışdı: “Dedi ki, guya seksual azlıqsan”

kanal_az

Fərhad Mehdiyevin qızının vəfat etdiyi qəza anının videogörüntüləri – FOTO/VİDEO

kanal_az