65084a527b964202309230210

30 ildən sonra qalıqları tapılan Milli Qəhrəman Riad Əhmədov kim idi? – FOTO

Xəbər verdiyimiz kimi, Şuşa rayonunun Daşaltı kəndində aşkarlanan kütləvi məzarlıqda aparılan araşdırmalar zamanı Milli Qəhrəman Riad Əhmədovun da nəşinin qalıqları tapılıb.

Riad Əhmədov kimdir?

Əhmədov Riad Fikrət oğlu 1956-cı ilin bu günü Bakıda anadan olub. Orta təhsilini 134 saylı orta məktəbdə alıb. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1976-1979-cu illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası İnstitutunda işləyib. 1979-1981-ci illərdə nazirlikdə çalışıb.