110 qoyunu yedilər, 6 milyonluq zinət əşyaları taxdılar... - Görünməmiş toy
Türkiyənin Van bölgəsində Gevdan tayfasının toy mərasimində bəylə gəlinə 6 milyon TL (378 696 manat) dəyərində zinət əşyaları taxılıb.
Kanal.az xəbər verir ki, Gevdan tayfasından olan iş adamı Azat İşığın qardaşı Ozan İşıq Diri tayfasından olan iş adamı Abdulla Kaynarın qızı Gülcan Kaynarla ailə həyatı qurub. Türkiyədən və xaricdən minlərlə insanın qatıldığı toy son zamanların ən çox iştirakçısı olan toy olub, bəylə gəlinin üzərinə taxılan zinət əşyaları isə heyrət doğurub. 110 baş xırdabuynuzlu heyvanın kəsildiyi möhtəşəm toyda tayfa rəhbərləri, QHT rəhbərləri, iş adamları və çoxlu qonaqlar iştirak edib.
Təxminən 4 saat davam edən toyda zinət əşyaları taxma mərasiminin sonunda bəyə 4 milyon TL nağd pul, gəlinə isə kilolarla qızıl verilib, süfrəyə qoyulan pulları saymaq üçün 15 nəfərə ehtiyac duyulub.
(Publika.az)
- Cəmiyyət
- 20 İyul 2023