Zümrüd boşanmasından danışdı - Qısqanclığa görə oldu
Aparıcı Zümrüd Bədəlova boşanmasından danışıb.
O, öz verilişində bu haqda söz açıb. Zümrüd bildirib ki, keçmiş həyat yoldaşı ilə yaşadığı mübahisə ayrılığa gətirib çıxarıb:
“Həyat yoldaşımla ilk mübahisəm qısqanclıq üstündə olub. Deyirdi ki, məni qısqanmırsan, deməli, sevmirsən. Düşünürdüm ki, bir səbəb yoxdur, necə qısqanım. Bu söz ağlıma başqa məsələlər gətirdi. Beləcə, qısqanclıqlar böyüdü. Bu da boşanmaya gətirib çıxartdı”.
- Şou biznes
- 14 İyun 2023