6507214beef75202309235451

Zeynəb Həsənini "Torqovı"da meymun dişlədi - VİDEO

Müğənni Zeynəb Həsənin başına bədbəxt hadisə gəlib.  

Kanal.az bizim.media-ya istinadən bildirir ki, Fəvvarələr meydanı (Torqovı - red.) ərazisində sənətçinin meymunla şəkil çəkdirmək arzusu xoşagəlməz hadisə ilə nəticələnib. 
Belə ki, Həsəni meymunu çiyninə alıb. Həmin an meymun qəfil Zeynəbin üzünə əl ataraq, alnını dişləyib.  
Nəticədə müğənninin alnı kiçik zədə alıb və qızarıb. Hadisədən şok keçirən Zeynəb ətrafında olan insanlardan "spirt" istəyib.  Bu anları isə Həsəninin həmkarı və rəfiqəsi Şəbnəm Qəhrəmanova çəkərək, sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.